Biliyin varsa, yaşıl işıqdır
Yusif Nəzərli
04:28 23.07.2022
Elm və Təhsil
636
Əhalinin davamlı savadlanması üçün yeni mexanizm faydalı olacaq
İnsanların bir deyil, bir neçə ixtisasa sahib olması əmək bazarında yaranan kadr çatışmazlığı probleminə də öz töhfəsini verəcək
Azərbaycanda əhalinin davamlı savadlanması üçün yeni mexanizm yaradılacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Strategiyada qeyd edilir ki, əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaqdır. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcəkdir. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaqdır.
Təhsil eksperi Elçin Əfəndi “Şərq”ə açıqlamasında deyib ki, burada əsas məqsəd hansısa bir ixtisas üzrə təhsil alan kadrların sonradan başqa ixtisas üzrə təkmilləşməsi ilə bağlıdır:
“Yəni Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” insanlara fərqli sahələr və ixtisaslar üzrə təhsil almalarına imkan yaradacaq. Tarix fakültəsini bitirən şəxs hüquqşünas olmaq istəyirsə, onun bu sahə üzrə təhsil almasına şərait yaranacaq”.
Bu prosesi Avropa təhsil sisteminə inteqrasiya kimi dəyərləndirən ekspert hesab edir ki, insanların bir deyil, bir neçə ixtisasa sahib olması əmək bazarında yaranan kadr çatışmazlığı probleminə də öz töhfəsini verəcək.
"Kifayət qədər insanlar var ki, qəbul imtahanları zamanı düzgün seçim edə bilmir və istəmədiyi bir ixtisas üzrə təhsil almalı olur. Özünü o sahədə görmədiyi üçün də sevdiyi və daha çox bacarıq potensialı olan fərqli bir sahə üzrə işləməyə başlayır. Bu sahədə uğur əldə edir.
Amma elə sahələr var ki, ora yalnız ixtisaslı kadrlar tələb olunur. Bu zaman da fərqli ixtisas üzrə təhsil alan gənclər kənarda qalır. Sözügedən strategiyanın icrasından sonra onlar ixtisasartırma kurslarında iştirak edərək öz istədikləri sahələr üzrə işləyə bilərlər".
E.Əfəndinin sözlərinə görə, əhalinin davamlı savadlanması üçün yeni mexanizm yaradıldıqdan sonra ixtisasartırma kursları Təhsil Nazirliyinin nəzdində olan bütün ali təhsil müəssisələrinə şamil ediləcək.
"Yəqin ki, mexanizm üzərində işləmək üçün İşçi qrupu yaradılacaq və hansı universitetlər nəzərdə tutulubsa, adları ictimaiyyətə açıqlanacaq. Onu da deyim ki, bir-birinə yaxın ixtisaslar üzrə təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda şəxsin bilik və bacarıqları da nəzərə alınacaq. Əgər kiminsə informasiya texnologiyaları üzrə bilikləri bu sahədə təhsil almağa imkan verirsə həmin şəxsin hansı ixtisası bitirməsi böyük əhəmiyyət kəsb etmir. Qəbul prosesi müvafiq imtahan və müsabiqə əsasında aparılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət