BŞTİ: “Bəzi məktəb və bağçalarda istilik problemləri var” - FOTO
Yusif Nəzərli
06:34 04.11.2022
Elm və Təhsil
1027
“Bakıda bəzi məktəb və 125 uşaq bağçasının istilik sistemində problemlər aşkarlanıb”.
“Report”un xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
O, payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla (“Azəriqaz”, “Azəristiliktəchizat” ASC, Bakı Regional Qaz İstismarı Departamenti) dəyirmi masa və görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Müdir müavini məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görüldüyünü, hər il olduğu kimi, bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlərin aparıldığını bildirib.
O.Kərimov aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlandığını bildirən müdir müavini problemlərin aradan qaldırılması üçün zəruri işlərin görüldüyünü deyib.
O, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçıların mütəmadi olaraq təlimlərdə iştirak etdiklərini qeyd edib.
Müdir müavini məktəblərin payız-qış mövsümünə hazırlığı üçün həyata keçirilən kompleks işlər nəticəsində qarşıdakı mövsümdə istiliklə bağlı elə bir ciddi problemlərin yaşanmayacağına ümidvar olduğunu ifadə edib.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Xatırladaq ki, paytaxtdakı 54 və 9 nömrəli tam orta məktəblərdə keçirilən mediaturda BŞTİ-nin müdir müavini O.Kərimovla yanaşı, Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya