“Bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”– Cəsarət Valehov
14:59 18.07.2019
Elm və Təhsil
880
“Müəllimlərin işə qəbul olması üçün bu il 7000-dən artıq vakansiya çıxarılacaq”
AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib:
Cəsarət Valehov bildirib ki, bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib:
“Artıq 10-cu gündür ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir. Bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib. Test mərhələsindən uğurla keçən namizədlər iyulun 24-dən sonra vakansiya seçimində iştirak edə biləcəklər. Bu günə kimi imtahanda iştirak edənlər arasında kifayət qədər yüksək bal toplayanlar mövcuddur. Amma təbii ki, imtahandan iştirak edən namizədlərin hamısının yüksək nəticə göstərməsi mümkün deyil”.
Cəsarət Valehovun sözlərinə görə bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir:
“Təəssüf hissi ilə qeyd edim ki, imtahan zamanı qulaqcıqdan istifadə edən namizədlərə də rast gəlinib. Bəzi namizədlər rəfiqələri ilə birlikdə iştirak edib, yaxın masada əyləşirlər. Bu zaman onların hərəkəti diqqət yaratdıqda nəzarətçilər tərəfindən yerləri dəyişdirilir. Onu da bildirim ki, bu proses nəzarət kameraların müşahidəsi ilə həyata keçirilir.
Son illər ərzində kişilərin müəllimlik sahəsini seçməklərində dinamika hiss olunur. Onu da bildirim ki, bu il 7000-dən artıq vakansiya çıxarılacaq. Həmçinin, bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir. Əlavə olaraq qeyd edim ki, ötən il bu rəqəm 12000 idi. Bu il də ən azı 12000 nəfər civarında gözlənilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya