Buraxılış imtahanındakı dəyişikliyin detalları açıqlandı
Yusif Nəzərli
08:37 25.10.2022
Elm və Təhsil
685
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda gözlənilən dəyişikliklərin detallarını açıqlayıb.
DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəyişikliklərə əsasən, 2022-2023-cü tədris ili üzrə ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında ümumi dil biliyini yoxlayan qapalı tipli sualların sayı 12-yə azaldılır.
Qeyd edilib ki, şagirdlərə dinləyib-anlama bloku üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı təqdim olunur:
"Dinləmə mətnlərində söz sayı 140-150-dir və təqdim olunan mətnlərin mövzuları orta məktəb dərsliklərində qeyd olunan mövzulara uyğundur.
Oxuyub-anlama bloku üzrə şagirdlərə birinci hissədə bir neçə cümlədən ibarət 3 kiçik mətn və hər mətnə aid bir qapalı tipli (çoxseçimli) test tapşırığı təqdim olunur. İkinci hissədə isə əvvəlki illərdə olduğu kimi, publisistik üslubda 150-170 sözdən ibarət bir mətn və mətnə aid 4 qapalı (çoxseçimli) və 1 açıq tipli (seçim) sual təqdim olunur. İki hissədən ibarət oxu tapşırıqlarının təqdim olunmasında əsas məqsəd şagirdlərin xarici dil səviyyələrinə uyğun olaraq fərqli test tapşırıqları vasitəsilə onların bilik və bacarıqlarını qiymətləndirməkdir.
Yazılı cavab tələb edən açıq suallar şagirdlərin bilik və bacarığını 5 balla qiymətləndirən hekayə tipli yazı tapşırığı ilə əvəz olunur. Bu blokda şagirdlərə üç ədəd ardıcıl nömrələnmiş şəkil və onları yönləndirəcək açar sözlər də təqdim olunur və şəkillər əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur. Yazı tapşırığı meyarlara əsasən yoxlanılır. Burada tapşırığın şərtinin yerinə yetirilməsi vacibdir. Bundan başqa, birləşdirici vasitələrdən istifadə etməklə ardıcıllıq və məntiqi rabitəni gözləmək, qrammatik və leksik qaydalara əməl etməklə yazı tapşırığını yerinə yetirmək tələb olunur”, - rəsmi məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya