Buraxılış imtahanı:“Şagirdlər çətinlik çəkməyiblər” - Rəqabət güclənəcək!
Yusif Nəzərli
10:16 10.04.2023
Elm və Təhsil
822
9 aprel 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4434 nəzarətçi-müəllim, 643 buraxılış rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, imtahanda 47917 şagirdin iştirakı gözlənilirdi.
Dünən DİM tərəfindən 20 şəhər və rayonda imtahanın keçirildiyini deyən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a bildirib ki, imtahanlar mərhələli şəkildə həyata keçirilib:
"Dünənki imtahanda 47 mindən artıq şagird iştirak edib. Çox təəsüf ki, yeniyetmə uşaqlar olmaqlarına baxmayaraq 5 şagird üzərində telefonla imtahana keçməyə cəhd edib. Son üç il ərzində orta məktəb şagirdlərinin arasında bu tip neqativ halların artdığını görürük. İmtahan nəticələri haqqında isə deyə bilərəm ki, riyaziyyat və Azərbaycan dili fənnindən suallar asan idi. Hətta imtahan çıxan şagirdlər arasında sorğu apardıq və onlar ingilis dili dinləmə mətni istisna olmaqla digər suallarda çətinlik çəkmədiklərini qeyd etdilər. Yəni imtahan iştirakçıları onlara təqdim edilmiş test tapşırıqlarının cavablandırılması ilə bağlı problem yaşamayıblar".
Ekspert qeyd edib ki, mart ayının 5-i və 12-də keçirilən imtahanlarda test tapşırıqları daha çox vaxt aparmışdı və çətin suallar idi:
"Amma aprel ayının 9-da baş tutan buraxılış imtahanında biz bunu görmədik. Xüsusən Bakı şəhəri ərazisindəki Nəsimi, Nərimanov və Xətai rayonlarındakı məktəblərdən çıxan şagirdlər imtahan nəticələri ilə bağlı xoş təəssüratlarını bölüşdülər. Onlar qeyd etdilər ki, təqdim edilmiş test tapşırıqları orta məktəb və DİM-in nəşr etdiyi "Abituriyent"in xüsusi buraxılışındakı proqrama tamamilə uyğundur. Hətta açıq və situasiya tipli sualların cavablandırılmasında çox vaxt tələb etməyib. Bu isə nəticələrin 9-cu sinif üzrə yüksəlməsinə gətirib çıxaracaq. Biz 11-ci siniflərin nəticələrinin aşağı olduğunu gördük. Dünənki imtahan nəticələrinin yaxşı olduğu təqdirdə, 9-cu sinifdən kolleclərə keçid müsabiqələrinin gərginləşməsi ehtimalı böyükdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya