Dərsliklərlə bağlı ittihamlara CAVAB: “Vergülə görə, aləmi qatırlar”
09:53 12.03.2021
Elm və Təhsil
784
“Deyəsən ki, 1 il vaxt, üstəlik 50 min manat da pul verirəm, otur dərslik yaz. Görüm, yaza biləcəkmi?”
“Jurnalistlərin də müəyyən qüsurları olur. Bu o demək deyil ki, jurnalistikamız bərbaddır”
“Başqasının əməyini bu qədər aşağılamaq olmaz. Hansı işin qüsuru yoxdur ki?!"
Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanların olması ilə bağlı fikirlər təzə deyil.Bəzi hallarda artıq istifadəyə verilmiş nəşrlərdə müəyyən qüsurlar tapılır. Bu dəfə Dövlət İmtahan Mərkəzi respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqini aparıb.
DİM-dən verilən məlumata görə, martın 10-da fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.
Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.
Məsələ ilə bağlı fikirlərini fəlsəfə doktoru, naşir, təhsil eksperti Rafiq İsmayılov "Sherg.az"la bölüşüb:
"Bu yaxınlarda bizim dərslik haqqında bir nəfər yazmışdı. Demişdi ki, niyə mətnlərə çox, dil qaydalarına isə az yer verirsiz?
Bəziləri müasir tendensiyaları yaxşı bilmədikləri üçün bunu şişirdirlər, sosial şəbəkələrdə atmaca atırlar. Bilirəm ki, nazirlikdə dərsliklər müəllimlərdən başqa ekspertlər tərəfindən də dəfələrlə yoxlanılır".
Təhsil eksperti bildirib ki, nəşrə hazırlanan dərsliyə bir dəfə deyil, yüz dəfə diqqət yetirirlər:
"Hərənin bir şey xoşuna gəlir. İrad tutulan məqamların heç də hamısı düzgün olmur. Biz 2-ci sinif "Azərbaycan dili" dərsliyi üzərində işləyirik, gələn il nəşr ediləcək. Həmin dərslik 2 il əvvəl yazıya alınıb, dəfələrlə yoxlanılıb. Birinci il 100 məktəbdə, 100 sinifdə , ikinci il 200 sinifdə sınaq keçirilib və bütün müəllimlərdən xahiş edilib ki, onlar gördükləri bütün səhvləri desinlər. Bu qədər mərhələdən sonra bir nəfər çıxıb məsuliyyətsizlik edildiyini deyə bilər? İnsanlar əllərindən gələni edir, çox əziyyət çəkirlər. Kimsə vergül səhvi tapır. Lakin vergülün olub-olmaması mübahisəli məsələdir. Di gəl ki, aləmi qatır bir-birinə".
R.İsmayılov dəqiq səhv tapıb göstərən adamla qarşılaşmadığını vurğulayıb:
"Çoxu fikrini emosional ifadələrlə bildirir. Onlardan birinə deyəsən ki, 1 il vaxt, üstəlik 50 min manat verirəm, otur dərslik yaz. Görüm, yaza biləcəkmi?
Jurnalistlərin də müəyyən qüsurları olur. Bu o demək deyil ki, jurnalistikamız bərbaddır. Başqasının əməyini bu qədər aşağılamaq olmaz. Hansı işin qüsuru yoxdur ki?!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya