“Dövlət sifarişli plan yerlərinin sayı artırılıb”
Yusif Sultanoğlu
14:33 10.03.2021
Elm və Təhsil
820
Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin artırılması məsələsinə diqqət çoxaldılır. 2020-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 faiz, dövlət sifarişi isə 7,13 faiz artıb.
Proqnoz yerlərin 84,5 faizi dövlət, 15,5 faizi isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1 faizi dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2020-2021-ci tədris ili üzrə dövlət sifarişi əsasında qəbul planı cəmi 2601 yer (bakalavr – 2207 yer, magistratura – 208 yer, rezidentura - 186) və ya 10,8 faizə yaxın artırılıb.
“Sherg.az”la həmsöhbət olan təhsil eksperti Kamran Əsədov da son illər ali təhsil müəssisələrinə qəbul olanların sayının artdığını söyləyib:
“Həm də dövlət sifarişli plan yerlərinin sayında da kəskin dəyişiklik var. Azərbaycanda 2010-ci ildə 29 min plan yeri vardısa, indi 44 mindir. Bu kifayət qədər uğurlu rəqəmdir.
Eyni zamanda 2018-ci ildə ali təhsil müəssisələrinə 43 min plan yerinin 12 mini dövlət sifarişli idi. Ötən il isə ümumi plan yerinin 50 faizi ödənişsiz oldu.
Bu gün ali təhsil müəssiələrində hər iki tələbədən biri dövlət sifarişli təhsil alır. Həm də Azərbaycanda təhsilin əlçatanlığı bir çox ölkələrə nisbətən daha yaxşıdır. Beləliklə, təhsilin əhatə dairəsi də genişlənir.
Bunun sayəsində əmək bazarında daha yüksək hazırlıqlı, bacarıqlı şəxslər çalışar. Daha çox şagirdin yüksək göstəricilərlə universitetə qəbul olunması üçün bu tendensiya artırılmalıdır”.
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region