İbtidai siniflər üçün ən çətin fənlərin reytinqi açıqlanıb: Xarici dil ilk üçlükdədir

  • Riyaziyyat ibtidai məktəbdə ən çətin fənn seçilib

Rusiyada ibtidai siniflərdə ən çətin fənn riyaziyyat olub. SanPiN normalarına əsasən, çətinlik şkalasında riyaziyyat 8 bal toplayıb. Sherg.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

7 balla eyni anda üç fənn qərarlaşıb: rus dili və ya ana dili, həmçinin xarici dil.

İnformatika və İKT, eləcə də ətraf aləmlə tanışlıq fənləri 6 bal toplayıb. Ədəbi mütaliənin çətinlik səviyyəsi isə 5 bal qiymətləndirilib.

Şagirdlər üçün ən asan fənlər isə təsviri incəsənət və musiqi (3 bal), texnologiya (2 bal) və fiziki tərbiyə (1 bal) hesab edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Təhsil Nazirliyi məktəblilərin dərs yükünün sinifdən asılı olaraq müəyyənləşdirilməsini nəzərdə tutan metodik tövsiyələr yayıb. Belə ki, birinci sinif şagirdləri üçün dərs yükü ilk yarımildə dəyişir: payızın əvvəlində gündə maksimum üç dərs nəzərdə tutulur, noyabrdan etibarən isə bu hədd dörd dərsə qədər artırılır.