Külək Qazaxda məktəb binasında problemə səbəb olub - FOTO

Dünən axşam saatlarında Qazax rayonunda müşahidə olunan küləkli hava şəraiti Daş Salahlı kəndində məktəb binasına ziyan vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı aşınaraq qopub.

Təhsil ocağına giriş müvəqqəti bağlanıb və alternativ imkanlardann istifadə olunur.

Tədris prosesi isə dayanmayıb.