Kürdəmirdə təhsil işçiləri məktəbə basqın edib? - RƏSMİ AÇIQLAMA + VİDEO
Kürdəmirdə təhsil işçiləri məktəbə basqın edib? - RƏSMİ AÇIQLAMA + VİDEO
Yusif Nəzərli
13:28 20.10.2022
Elm və Təhsil
593
Kürdəmir rayonunda məktəbdə qorxulu anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, söhbət rayonun E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbindən gedir. Belə ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədov və icra hakimiyyətinin nümayəndələri qəfil sinif otaqlarına daxil olmaqla şagirdləri qorxudublar.
İlkin məlumata görə, onlar ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsini pozaraq, onu dəhlizə çıxarıblar. Müəllim, “məni şagirdlərin gözü qarşısında alçalda bilməzsiniz”, - desə də, dəhlizdəki “jurnalistlər”dən biri müəllimin üstünə hücum edərək, onu təhqir və təhdid edib.
Baş verən olayın səbəbi kimi səsləndirilən iddialar isə sözügedən müəllimin Ayxan Abdulov adlı şagirdinin valideynləri ilə 3 ildir ki, problem yaşamasıdır.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12.10.2022-ci il tarixdə valideyn Elşən Abdulov məktəbdə təhsil alan övladının müəllim tərəfindən psixoloji zorakılığa məruz qalması barədə məlumat verib.
Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov və yerli təhsil sektorunun əməkdaşları 14.10.2022-ci il tarixdə məktəbdə olublar. R.Məmmədov müəllimlə söhbət etdikdən sonra icazə alaraq şagirdlərlə söhbət edib. Bundan sonra müəllimi direktorun otağına dəvət edərək, bu halın ötən tədris ilində də baş verdiyini xatırladıb, valideynlə birlikdə söhbət edərək məsələnin həll olunmasına çalışıb.
Məktəbin digər ibtidai sinif müəllimi təhsil sektorunun əməkdaşları məktəbi tərk etdikdən sonra Xatirə Əhmədovanın sinifdə olmadığı vaxtda sinfə müdaxilə edib, şagirdləri videolentə alıb, loyallıq prinsipini pozaraq şüarlar səsləndirib. Həmçinin videoçəkiliş aparıb. Daha sonra media nümayəndəsi hadisə ilə bağlı məktəbə gəlib, lakin məktəbdə foto və ya videoçəkilişin aparılmaması barədə ona məlumat verilib.
Həmçinin bildiririk ki, media nümayəndəsinin tədris prosesini pozması və onun X.Əhmədovanı təhdid və təhqir etməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. Əlavə olaraq qeyd edirik ki, hadisə ilə bağlı hazırda müvafiq araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya