Lisey və gimnaziyalara qəbulla bağlı yeni məlumat
14:26 12.06.2024
Elm və Təhsil
494
2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu iyunun 13-də saat 15:00-da yekunlaşır.
Təhsil İnstitutundan Axar.az-a bildirilib ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçirilir. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilən lisey və gimnaziyalar haqqında məlumatı linkdən əldə etmək olar. Müvafiq lisey və gimnaziyalara qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-də, 6-cı siniflər üzrə iyunun 22-də, 5-ci siniflər üzrə iyunun 23-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm