Maarifləndirmə, təbliğat işi zəifdir
Yusif Nəzərli
01:34 04.11.2022
Elm və Təhsil
921
Bəzi ali təhsil müəssisələri tələbə krediti üçün müraciət edən tələbələrə süni əngəllər yaradırlar
Tələbə kreditinin verilməsi üçün növbəti il dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.
Sənəddə qeyd edilir ki, 2021-ci və 2022-ci illərdə ayrılmış vəsaitləri də nəzərə aldıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 110 milyon manat təşkil edəcək.
Təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrinin təhsil haqqı ilə bağlı problemləri bir qayda olaraq hər növbəti tədris ili başlayan ərəfədə yenidən aktuallaşır:
“Maddi çətinlik ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər il qarşılaşırıq. Hazırda ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələrin 70 faizi öz vəsaiti hesabına, yəni ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Yalnız dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunan bəzi kateqoriyalı tələbələr təhsil haqqından azaddırlar. Bu tələbələrin də təhsil haqları dövlət tərəfindən ödənilir.
146 min 370 nəfərdən çox tələbə ödənişli əsaslarla təhsil alır. Onların 100 mindən çoxu bakalavr, 12 mini magistratura, 36 min tələbə isə sub bakalavr pilləsində təhsil alır. Bu tələbələrin də 20 mini əhalinin müəyyən həssas təbəqəsinə aid olduğu üçün təhsil haqları dövlət hesabına ödənir. 126 min 500 tələbə isə təhsil haqqı ödəyir. Bunların arasında maddi durumu çox aşağı olan və təhsil haqqını ödəmək iqtidarında olmayan ailələrdən gələn tələbələr var. Dövlət bunu nəzərə alaraq tələbə təhsil krediti yaratdı. Bu kreditlər isə sosial və standart kreditlər olmaqla iki kateqoriyadan ibarətdir. Sosial kreditlərdən adətən əhalinin sosial həssas qrupuna daxil olan tələbələr yararlanır. Standart kreditlərdən isə akademik göstəriciləri yüksək olan tələbələr istifadə edirlər”.
E.Əfəndi hesab edir ki, büdcədən 8 milyon əlavə vəsaitin ayrılması Fondun fəaliyyətinin daha da genişlənməsinə və daha çox tələbənin təhsil kreditindən faydalanaraq ali təhsilini davam etdirməsinə şərait yaradacaq. Hazırkı mərhələfə Fondun fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan ekspertə görə, Fondun təbliğatı ilə bağlı maarifləndirmə işində çatışmazlıq var:
“Cəmiyyətdə, xüsusən də regionlarda yaşayan insanlar arasında kreditlərin hansı əsaslarla verilməsi, kimlərə şamil olunmasına dair məlumatsızlıq var. Regional təhsil dairələri bu istiqamətdə maarifləndirici addımlar atmalıdır. Onu da deyim ki, bəzi ali təhsil müəssisələri tələbə krediti üçün müraciət edən tələbələrə süni əngəllər yaradırlar. Bu faktor aradan qaldırılmalıdır. Şərtlərlə bağlı bir qədər təkmilləşdirmə aparılmalı və birinci kurs tələbələrinin də Fonddan kredit götürüb təhsil haqqını ödəməsinə şərait yaradılmalıdır. Bununla bağlı da əsasnamədə konkret meyarlar tətbiq edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya