Əmrah Həsənli: "Qəzalı məktəblər problemi var, amma dövlət mərhələli şəkildə həll edir”
Xaçmaz rayonunun Ağtala kənd orta məktəbi acınacaqlı vəziyyətdədir. Bununla bağlı vətəndaş çəkiliş edərək sosial şəbəkədə paylaşıb. Görünür ki, məktəbin dəhlizində tavan dəlmə-deşikdir, uçuq-sökük hissələrə şalbanlarla dayaq verilib.
Divarlar uçuq, qapı-pəncərələr də bərbad haldadır. Çəkiliş edən şəxsin valideyn olduğu məktəb rəhbərliyi ilə aralarıbda keçən dialoqda, daha doğrusu mübahisədə aydın olur. Vətəndaş mıktəbin qəzalı vəziyyətdə olduğundan şagirdlər üçün təhlükə daşıdğını deyir. Məktəb rəhbərliyi isə çəkilişə icazə vermir, çəkilişin dayandırılmasını tələb edir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında məhsil müəssisəsində çəkiliş etmək məsələsinə aydınlıq gətirdi:
- Təhsil müəssisəsində hər hansı çəkiliş aparmaq üçün Regional Təhsil İdarəsindən yaxud, təhsil sektorundan icazə alınmalıdır mütləq. Bu, qayda var və ona əməl edilməlidir. İstənilən şəxs gəlsin çəkiliş etsin, buna icazə yoxdur. Əvvəlcə müraciət edilməli, əgər uyğun görülsə, çəkilişə icazə verilir.
Məktəbin qəzalı olmasına gəlincə isə Ə.Həsənli “təmirə ehtiyac duyulan məktəblərimiz var, tək bu məktəb deyil. Dövlətimiz bu məktəblər haqqında məlumatlıdır, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bilirsiz ki neçə-neçə yeni məktəb binası tikilir, məktəblər təmir, bərpa edilir. Proses mərhələli şəkildə aparılır. Bu məsələ dövlətin diqqət mərkəzindədir”, deyə bildirdi.