Müəllimdən unikal layihə: “Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" təqdim olunub

Təhsildə İnkişaf və Innovasiyalar üzrə Qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalara əsasən keçirilir. 
Bu qaydalarda nəzərdə tutulub ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edir. 
Məqsəd təhsil müəssisələrində təhsil işçiləri arasında rəqabətin stimullaşdırılması, onların innovativ fəaliyyətlərinin dəstəklənməsi, məktəblərdə təhsil işçilərinin fəallığının artırılması, reallaşdırmaq istədikləri islahatları ideyaları, tədbirləri həyata keçirməkdir. Nəticə etibari ilə layihə icrası zamanı təhsil işçiləri layihə təklifetmə, icra etmə bacarığına yiyələnmiş olurlar.
 Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi  2017 ci ildən keçirilir. Bu il sayca V olan qrant müsabiqədə fərdi kateqoriya üzrə Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli məktəbin fransız dili müəllimi Ülkər İsmayılovanın "Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" layihəsi qalib olub.
Ülkər İsmayılova qeyd edib ki, fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri layihəsini təklif etməkdə məqsədi  ölkəmizdə tədrisin distant formada keçirilməsi digər fənlərdən olduğu kimi fransız dilinin tədrisində də müəyyən çətinliklər yaratması olub:
“Hazırda sevərək çalışdığım Suraxanı rayon A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə 200- ə qədər fransız dilini öyrənən şagird təhsil alır.
Sagird nailiyyətlərinin məsafədən qiymətləndirilməsi   hər yerdə olduğu kimi bizdə də    çətinliklərə səbəb olur. Məqsədimiz ölkədaxili həmkarlarla əməkdaşlıq etmək şagirdlərə dərsləri birgə distant tədris etməkdir. 
Bunun üçün fransız dili tədris edilən məktəbləri , müəllimləri seçmək şagirdlərdə məsafədən qiymətləndirmə vərdişlərini formalaşdırmaqdır. Bunun üçün fransız dili tədris olunan məktəblərdə müəllimlərlə onlayn görüş kecirərək  layihədə birgə çalışırıq. 
Layihədə Qazax, Ağstafa ,Tovuz ,Qəbələ rayonlarından və Bakı şəhərində fəaliyyət göstərən fransız dili müəllimləri fəal iştirak edirlər.Layihə təlimləri təlimat üzrə onlayn formada davam edir. 
Bu günə qədər keçirilmiş təlimlərdə “Evalbox”, “Quizlet”, “Crossword”, “Bamboozle” kimi onlayn viktorina tipli qiymətləndirmə vasitələri ilə müəllimlər tanış olub və təlimlər çox böyük maraqla qarşılanıb”.