Peşə təhsili sahəsində maxinasiyaların həddi-hüdudu yoxdur
Yusif Nəzərli
04:30 09.12.2021
Elm və Təhsil
626
Dövlətin ayırdığı on milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilməlidir
“Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir. Buradakı maxinasiyaların həddi-hüdudu yoxdur”. Bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. Deputat bildirib ki, Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması ictimai, sosial və siyasi zərurətdir:
“Dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı on milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilməlidir.
Mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılmalıdır. Torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılmalıdır. Yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılmalıdır. Peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq müəyyən olunmalıdır.
Peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi də dəqiqləşməlidir. Həmçinin, əkilən torpaqların istifadəsinin qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilməlidir”.
E.Əliyev əlavə edib ki, kadrların təyinat meyarları üzrə ixtisas uyğunluğu da yoxlanılmalıdır:
“Bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilsə yaxşı olar. Son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi də müəyyənləşməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət