Qabiliyyət imtahanı üçün qeydiyyat bu gün başa çatır
07:07 28.06.2019
Elm və Təhsil
1279
V ixtisas qrupunun bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Sherg.az"a bildirilib ki, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci (bədən tərbiyəsi və idman, məşqçi, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları) və təsviri sənət istiqamətinin 14-cü (dizayn ixtisası) komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər günün sonunadək Dövlət İmtahan Mərkəzinin internet saytınıneservices.dim.gov.az/erizebak/qabiliyyetsəhifəsinə daxil olaraq göstərilən komissiyalar üzrə qeydiyyatdan keçə bilərlər.
V ixtisas qrupuna daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.
Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ümumi fiziki hazırlıq imtahanı üzrə normativlərləburadantanış ola bilərlər.
60 və ya 61-ci komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentin nəticəsi biri digərinə və 62-ci komissiyaya şamil edilir. Göstərilən keçidlər yalnız abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdikləri halda mümkündür.
Diqqət:Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə qeydiyyatdan keçə bilər. Ümumilikdə, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya