“Qanunsuzluq edən məktəb rəhbərlikləri ciddi cəzalandırılmalıdır"
Yusif Nəzərli
15:39 21.07.2022
Elm və Təhsil
675
"Sumqayıtda məktəblərdən birində müəllimə aid olduğu iddia edilən qalmaqallı səs yazısı yayılıb. Belə ki, səs yazısında məzun olan şagirdin valideyinindən atestat verilməsi üçün pul istənilir. Üstəlik valideyndən təmir pulu adı ilə 7 manat da tələb olunur. "Sherg.az" "Gündəm.az" a istinadən bildirir ki, sözügedən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.
Hadisə ilə bağlı Abşeron -Xızı Regional Təhsil idarəsindən bildirilib ki, səs yazısından xəbərləri var. Buna görə artıq araşdırmalara başlanılıb.Təhsil idarəsindən o da qeyd edilib ki, əgər fakt öz təsdiqini taparsa müəllim haqda qanuna müvafiq olaraq tədbir görüləcək.
Xatırladaq ki,bu kimi hallara məktəblərdə tez-tez rast gəlinir. Şagirdlərdən və valideynlərdən qanunsuz şəkildə tələb edilən fond pulu, təmir pulu və attestat üçün "şirinliklər" bəzi məktəblərdə hələ də davam edir.
Məktəblərdə pul yığılması ilə bağlı istənilən tələbin qanunsuz olduğunu deyən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov "Sherg.az"a bunları bildirib:
“Bütün valideynlərdən xahiş edirik ki, belə halla qarşılaşdıqda dərhal Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etsinlər. Bu kimi qanunsuz pul yığılması ilə bağlı faktları zaman-zaman eşidirik. Mənim özüm məsələ haqqında birbaşa cənab nazirlə söhbət etmişəm. Bildirim ki, nazirlikdə heç kimsə bu vəziyyətə haqq qazandırmır. Əksinə mübarizə aparmaq üçün əllərindən gələni edirlər.
Təəsüflər olsun ki, məktəblərdə bu cür qanunsuz pul yığılması çox hallarda valideyn komitələrinin təşəbbüsü ilə baş verir. Məsələni araşdıran zaman üzə çıxır ki, valideyin komitəsindən bir neçə şəxs məktəb rəhbərliyi ilə əlbir olub bu cür qanunsuzluqlar edirlər.
Hesab edirəm ki valideynlər belə hallarla mübarizədən çəkinməməli və aktiv olmalıdırlar. Hər hansı imkanlı valideynlərin isə öz istəyi ilə məktəblərə ianə və köməklik etməsi normal haldır. Amma bütün bu proses qanuni şəkildə olmalıdır. Belə hallar burjuaziyanın təhsilə dəstəyidir.
Lakin kimisə pul verməyə məcbur etmək olmaz. Belə qanunsuz işlərlə məşğul olan məktəb rəhbərlikləri ciddi şəkildə cəzalandırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət