Qarabağ Universiteti: mina və partlayıcı sursatlarla bağlı görüş
15:47 29.10.2024
Elm və Təhsil
607
Qarabağ Universitetinin tələbə və müəllim heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici” görüş keçirilib.
“Sherg.az” xəbər verir ki, bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində keçirilən tədbirdə ANAMA-nın mütəxəssisləri tərəfindən iştirakçılara mina və partlamamış hərbi sursatlar, onların təhlükəsi və fəsadları barəsində geniş məlumat verilib, mövzulara uyğun təqdimatlar nümayiş olunub. Həmçinin minaların növləri, partlayıcı sursatların əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin xüsusiyyətləri diqqətə çatdırılıb.
Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçaları təqdim olunub.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi mina və partlayıcı sursatların təhlükəsi haqqında cəmiyyətin maarifləndirilməsi, təhlükəsizlik bilgilərinin artırılması və təmin edilməsinə yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm