“Qız qalası”na dair əfsanə dərslikdən çıxarılsınmı? – Biri “hə”, biri “yox” deyir
Fidan Həmişəyeva
12:12 18.03.2021
Elm və Təhsil
1074
Bahadır Hoca:“Sonra da "qız uşaqları niyə intihar edir" deyə "Uzman" psixoloqları sorğu-sual edirsiz”
Nabatəli Qulamoğlu:“Məsələni ictimailəşdirməkdə məqsəd dərsliklərə sataşmaqdır”
Lalə Mehralı: “Uşaqlara bu cür məlumatların təlqin edilməsi başdan-ayağa yanlışdır”
Tanınmış jurnalist Bahadır Hoca Feysbuk hesabında maraqlı bir məqama toxunub. O, bildirib ki, məktəblərdəki dərsliklərdə “Qız qalası”na dair yazılan məlumatlar şagirdlərin psixoloji durumuna mənfi təsir göstərir:
“Evdən işə getmək üçün çıxıram. Bu an qızım Gülay yuxudan oyanıb deyir:
- Ata, mən "Qız qalası"nın niyə qız qalası olduğunu bilirəm.
- Niyə qızım?
- Çünkü qalanın üstündən qız özünü atıb öldürüb. Onun şərəfinə qız qalası deyirlər.
- Onu sənə kim dedi?
- Dərsdə keçdik, ata. Kitabda yazılıb...
Birinci sinif şagirdlərinə intihar edən bir qızın adına qala olduğunu aşılayan təhsil sistemimiz var, sonra da "qız uşaqları niyə intihar edir" deyə "Uzman" psixoloqları sorğu-sual edirsiz”.
Qeyd edək ki, dərsliklərlə bağlı narazılıqlar bitib-tükənmir. Mütəmadi olaraq valideynlər bu sayaq mövzulara dair etirazlarını dilə gətirirlər.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Sherg.az”a bildirib ki, bu fikirlə razı deyil:
“Tamamilə yanlış yanaşmadır. Məktəbdə şagirdlərə o qədər nağıllar keçirilir ki, orada da bu tipli məlumatlar qeyd olunub. Fikrimcə, məsələni ictimailəşdirməkdə məqsəd dərsliklərə sataşmaqdır. O demək deyil ki, “Qız qalası” haqqında məlumatı oxuyan məktəbli qız gedib özünü atacaq”.
Sosioloq Lalə Mehralının fikrincə, dərsliklərdə tarixi məkanlarımızla bağlı belə izahların yer alması düzgün deyil:
“Tək “Qız qalası” deyil, qədim zamanlardan folklorumuzda rast gəldiyimiz nağıl və əfsanələrin çoxusunun adını faciə ilə bağlayıblar. Məsələn, “Gəlin qayası” adlı yerdən gəlinin özünü atdığı deyilir. Niyə insanlar hər şeydə faciə nişanəsini axtarırlar? Qədim zamanlarda həmin yer “Gəlin qayası” adlandırılıb amma oranı görən olmayıb. Sadəcə fərziyələr irəli sürürlər ki, guya gəlin özünü oradan atıb. Belə fikirlər qeyd edilməsi düzgün deyil. Bəlkə də, sübut olunsa, razılaşmaq olar. Lakin ortada dəlil yoxdur”.
L.Mehralı qeyd edib ki, dərsliklərdə bu cür məlumatların uşaqlara təlqin edilməsi başdan-ayağa yanlışdır:
“Bir dəfə ədəbiyyat dərsliyimizdə “Dəli Kür” əsərindəki dialoqa rast gəldim. Orada ata ilə oğul bir-biri ilə jarqonlarla danışırdı. Aydındır ki, “Dəli Kür” uşaqlar üçün yazılmış əsər deyil. Onu orta məktəbin dərsliyinə salmaq, biədəb ifadələri uşağın leksionuna əlavə etmək naşılıqdır və peşəkarlıqdan uzaqdır. Uşaqları belə situasiyalardan nə qədər qorusaq, o qədər yaxşıdır. Ümumiyyətlə, ədəbiyyatımız, tariximiz və folklorumuzda bu tipli yerlərə faciəvi “don” geyindirməkdən uzaq durmaq lazımdır. Məsələn, “Dədə-Qorqud” filmində Günel Turala deyir ki, “Qazılıq dağı bizim qaynatamızdır, onu görəndə yaşmağlanırıq”. “Yaşmağlanmaq” böyüyə qarşı hörmət deməkdir. Bunu çox vaxt dinlə bağlasalar da, dindən heç bir əsər əlamət yoxdur. Yəni Qazılıq dağına düzgün izah verilib. Dərsliklərimizdə faciəvi izahlara bildiyimiz məqamların səhv salınmasına çox rast gəlirəm. Bu məsələ diqqətə alınıb, ciddi araşdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat