“Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir”
Yusif Nəzərli
09:23 10.12.2021
Elm və Təhsil
768
“Aşqabad görüşündə Azərbaycan,Türkiyə, Pakistan və İranın ölkə başçılarının bir arada olduğu foto var idi”
“Arada iqtisadi meqalayihələrdən söhbət gedir. Görünən odur ki, fotoda İbrahim Rəisidən başqa hər kəs xoşbəxtdir”
Dekabrın 8-də Meğri gömrük məntəqəsinin bölməsində Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirşərəfi ilə görüşüb. Bu barədə komitənin mətbuat xidməti məlumat verib. Tərəflər iki ölkə arasındakı xidmətin yaxşılaşdırılma məsələlərini müzakirə ediblər. Eyni zamanda qaçaqmalçılığa qarşı mübarizənin səmərəliliyini artırmaq üçün mümkün informasiya mübadiləsindən də danışıblar.
Maraqlıdır,tərəflərarası münasibətlərdə müşahidə olunan istiləşmənin əsas səbəbləri nələrdir?
İran-Ermənistan arasınadakı mövcud vəziyyəti “Sherg.az”a şərh edən siyasi şərhçi Rusif Məmmədsoy bilidirib ki, biz Aşqabad görüşündən sonra İranı öz tərəfimizə çəkməyi bacardıq:
“Tərəflərin hazırkı yaxınlaşmasının onlar üçün yaxında müsbət mənada hər hansı bir perspektiv vəd etməsi inadırıcı görünmür.
Sanksiyalarla mübarizə aparan İranın Ermənistanı ayaqda saxlayacaq iqtisadi potensialı yoxdur. Ona ideal şansı biz türkmən qazını Azərbaycana gətirib burdan Avropaya çıxarıb, tranzit xərclərini ödəmək təklif edirik. Bununla rəsmi Tehranın maddi imkanları da genişlənəcək”.
Siyasi şərhçi müharibə dönəmində İranın mövqeyinin hər kəsə bəlli olduğunu və onun hazırda da Ermənistan tərəfə yönəldiyini vurğulayıb:
“Birmənalı şəkildə rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir. Aşqabad görüşündə Azərbaycan,Türkiyə, Pakistan və İranın ölkə başçılarının bir arada olduğu foto var idi. Arada iqtisadi meqalayihələrdən söhbət gedir. Görünən odur ki, fotoda İbrahim Rəisidən başqa hər kəs xoşbəxtdir.
İran özü də bundan qazanacaq ancaq sonrakı prosesləri düşündüyü üçün İ.Rəisini qəhər boğur".
R.Məmmədsoy hazırkı İran- Ermənistan münasibətlərini pozmağın mümkün olmadığını diqqətə çatdırıb:
"Bizim vaxtilə Qarabağda işğal altında olan ərazilərimizdəki evlər İrana satılırdı. Tərəflər arasında gizli əməkdaşlıq çox böyük bir həcmdə olub. İbrahim Rəisi Aşqabad görüşündə iddia etdi ki, bunlar onun dönəmində baş verməyib. Ancaq elə olduğunu hər kəs çox yaxşı bilir.
İndi biz tərəflər arasındakı münasibətlərindən danışarkən deyə bilmərik ki, İran yaxın gələcəkdə bu əlaqələrdən ümumuiyyətlə əl çəkəcək. Ən azından biz durumu neytrallaşdıra bilirik" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi