Şagirdlər ayaq üstə də çalışa bilir
22:33 18.03.2021
Elm və Təhsil
696
Məqsəd bilikləri şagirdlərə hərəkətli olaraq verməkdir
"Sağlam təhsil sinif"lərində uşaqların sayı da, dərs yükü də az olur
Azərbaycanda “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə 2014-2015-ci dərs ilindən başlanılıb. Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixoloji inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
“Sağlam Təhsil – Sağlam Millət” layihəsi barədə "Şərq"ə danışan təhsil eksperti Kamran Əsədov deyib ki, layihənin əsas məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Təhsil eksperti vurğulayıb ki, "Sağlam təhsil sinfi"ndə tədris hərəkətli təlim şəraitində həyata keçirilir:
"Ölkəmizdə sözügedən layihə həyata keçirilməmişdən əvvəl dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa İttifaqı, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. "Sağlam təhsil sinif"ləri deyəndə burda ekoloji baxımdan təmiz siniflər nəzərdə tutulur . Digər siniflərdən fərqli olaraq burada şagird sayı da azdır.
Eyni zamanda, burda tədris olunan materiallar da fərqlənir. Yəni dərs yükü digərlərindən azdır. Tədris materialları "sağlam millət" layihəsi konsepsiyasına görə hazırlanıb. Burada fiziki inkişaf, sağlamlıq birmənalı olaraq gözlənilir.
Təsviri sənət və estetik bacarıq, məntiq, riyazi təfəkkür inkişaf etdirilir. Yəni "Sağlam təhsil”in əhəmiyyəti ondan ibarətdir ki, burada uşaqların tək idrakı deyil, fiziki sağlamlıqlarının da qayğısına qalınır. Buradakı şagird masaları həm oturaraq, həm də ayaq üstə çalışmaq imkanı verir və dərs onların növbəli oturması ilə davam edir. Məqsəd isə onların hərəkətdə olmasını təmin edə-edə öyrətməkdir".
K.Əsədov diqqətə çatdırıb ki, bu, Azərbaycanda təhsilin inkişafı üçün dövlət strategiyasında nəzərdə tutulmuş bir yenilikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm