
Təhsil eksperti: Tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığı çoxdan yoxlanılmalı idi
13:24 21.10.2024
Elm və Təhsil
1058
Bu gün ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçirilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Namizədlər 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən suallar cavablandırılır. Qiymətləndirilmə zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin bilik səviyyəsinin yoxlanması vacib nüanslardan biridir:

"Bundan 2-3 il öncəyə qədər məhz, həmin istiqamət yerli icra hakimiyyətinin tabeliyində idi. 2022-ci ilin əvvəlindən dövlət başçımızın müvafiq sərəncamı əsasında bu səlahiyyət Elm və Təhsil Nazirliyinə verildi. Fikrimcə, pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığı çoxdan yoxlanılmalı idi. Çünki bağçalara bəzi şəxsləri fərqli üsullarla qəbul ediblər. Yəni, burada həm korrupsiya, həm də tanışlıq halları vardı. Təbii ki, dioqnastik qiymətləndirmədən sonra bu sahədə kifayyət qədər ixtisarlar olacaq. Nəticədə yeni iş yerləri açılacaq və bura konkret ixtisas sahibləri cəlb olunacaq. Bu isə məktəbəqədər təhsil yönündə bir neçə müddətdən sonra şəffaf sistemin formalaşacağı anlamını verir. Həmçinin, bağçada ixtisasını peşəkarcasına bilən müəllimlərin olması uşaqların bilik və bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malikdir. Fikrimcə, bu prossesdən sonra sertifikasiya imtahanları da keçirilə bilər. Bağça təhsilinin inkişafını istəyiriksə, bu addım müsbət qiymətləndirilməlidir. Ümumiyyətlə dünyada məktəbəqədər və ibtidai təhsil strateji pillə kimi diqqətdə saxlanılır. Azərbaycanda da bu amil əsas götürülməlidir. Bilik-bacarıqları müasir təhsil yanaşmasına uyğun gəlməyən şəxslər prossesdən uzaqlaşdırılacaq. Könül istərdi ki, onlar da hansısa bir istiqamətə cəlb olunsunlar. Ola bilər ki, Nazirlik bu amili nəzərə alar. Çünki tam orta ümumtəhsil müəsisələrində sertifikasiyadan keçən müəllimlər işə cəlb olunublar. Ümid edirəm ki, bağça müəllimlərinə də bu güzəşt olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya