Tələblər daha ədalətli olmalıdır
Yusif Nəzərli
00:30 09.02.2022
Elm və Təhsil
914
Hər yüksək bal toplayan müəllim işləyə bilməz
Burada psixoloji testlər, pedaqoji bacarıqlar, səriştəlilik və digər məsələlərin yoxlanması da vacibdir
Təhsil Nazirliyi bakalavr ixtisası fərqli, magistr təhsili isə müəllimlik olanların müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) imtahanlarında iştirak etmələrinə icazə verilib-verilməməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsi qəbul olunur:
"Həmin şəxslər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanırlar".
Mövzu ilə bağlı “Şərq”ə danışan təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, Azərbaycan bolonya sisteminə qoşulduqdan sonra təhsilini dünya standartlarına uyğun qurmağa çalışır.
“Bakalavr mərhələsində sırf peşə ilə bağlı, magistraturada isə elmi sahə üzrə ali təhsil verilir. İlkin pillə üzrə təhsilini başa vuran şəxs həmin peşə üzrə ixtisaslaşır. İkinci mərhələdə də öz peşəsi üzrə mütəxəssisə çevrilir. Ancaq kimsə bakalavriat mərhələsini qeyri-ixtisas üzrə bitiribsə, onun müəllim işləməsi düzgün hesab oluna bilməz. Düzdü, bu peşə seçimində müstəqillikdir. Eyni zamanda kimsə bir neçə ixtisasa yiyələnə bilər və bunun üçün yaş limiti də yoxdur. Amma istənilən halda, başqa ixtisas üzrə oxuyub müəllim olmaq üçün sənəd vermək məqbul sayılmır. Bu baxımdan həmin qərar yerindədir”.
Ekspert eyni zamanda bildirib ki, müəllim işləyəcək şəxs sadəcə bilik üzərindən qiymətləndirilməməlidir:
“İndi təhsilin inkişafı strategiyasında əsas istiqamətlərdən biri də müəllimin nüfuzunu yüksəltmək məsələsidir. Ona görə də müəllim seçimində tələblər daha da kəskinləşdirilməlidir. Ora hər təsadüfi adam düşməməlidir. Gələcəkdə müəllim işləyəcək şəxs sadəcə topladığı bala görə seçilməməlidir. Burada psixoloji testlər, pedaqoji bacarıqlar, səriştəlilik və digər məsələlərin yoxlanması da vacibdir. Hər keçid balını toplayana sən artıq müəllim oldun demək düzgün deyil. Yüksək bal toplayanların içində müəllimlik peşəsinə yaraşmayan hərəkətlərə yol verənlər də olur. Hazırda MİQ imtahanlarında mərhələlərin təkmilləşdirilməsinə ehtiyac var”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya