Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib.
"APA-Economics" xəbər verir ki, Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
"Ölkədə minimum internet surəti isə 100 meqabit olaraq təklif edilir. Bu ilin sonuna Azərbaycanda irili-xırdalı hər bir kənd yüksək surətli internet xətti ilə təmin ediləcək. Bu isə inkluziv cəmiyyətin formalaşmasına əhəmiyyətli təsir edəcək".