Azərbaycanda bu sosial şəbəkəyə girişdə problem yarandı

Azərbaycanda X sosial şəbəkəsinin fəaliyyətində problemlər var. İstifadəçilər bildirirlər ki, iki gündür bu sosial şəbəkəyə girişdə çətinliklə üzləşirlər.
Sherg.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən Trend-ə məsələnin araşdırıldığı bildirilib.

Qeyd edək ki, ölkə ərazisində X sosial şəbəkəsinə kompüterlərdən giriş etməkdə çətinliklər müşahidə olunmaqdadır.