Alimlər "elektron burun" hazırlayıblar: Təhlükəli qazları aşkar edə bilir

Norveç Elm və Texnologiya Universitetində hazırlanmış yeni "elektron burun" xəstəlikləri, təhlükəli qazları və xarab olan qidaları aşkar edə bilir.

Tarixən qoxu vəba və vərəm kimi xəstəliklərlə mübarizədə mühüm rol oynasa da, insan burnu ümumiyyətlə etibarlı diaqnostik vasitə kimi istifadə ediləcək qədər həssas deyil.

Sherg.az xəbər verir ki, qoxu duyğumuzdan ilhamlanan yeni elektron “burun” indi diaqnoz qoyulmamış xəstəlikləri, təhlükəli qazları və xarab olmağa başlayan qidaları aşkar etməyə imkan verə bilər.

Qjovikdəki Norveç Elm və Texnologiya Universitetinin (NTNU) telekommunikasiya professoru Michael Çeffena hesab edir ki, bu sıçrayışın arxasında antena texnologiyası dayanır.

Antena müxtəlif tezliklərdə radio siqnallarını ötürür. Daha sonra bunların necə əks olunduğunu təhlil edir.

Siqnalların forması mövcud qazlardan asılı olaraq dəyişir və antena işlədildikdə daha çox tezlik ötürülür.

"Digər elektron burunlarda tez-tez müxtəlif texnologiya ilə örtülmüş bir neçə yüz sensor ola bilər. Bu, onların həm işləməsi üçün çox enerji tələb edir, həm də istehsalını baha edir. Həm də yüksək material sərfiyyatı var. Bunun əksinə olaraq, antenna sensoru vahid örtüklüdür" -deyir Çeffena .

Sensor texnologiyası indiyədək zədələnmiş meyvə və müxtəlif ölçülü ətlər üzərində sınaqdan keçirilib.

Müxtəlif qazların unikal qoxularını aşkar edən alqoritmləri sazlayaraq, tədqiqatçılar texnologiyanın xəstəlikləri də qoxulaya biləcəyinə inanırlar.