"Vətəndaşlar ictimaiyyətə açıq olan iaşə obyektlərində, hotel, restoranlardakı parolsuz internetə qoşularkən ehtiyyatlı olmalıdırlar".
Bu sözləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib.
O bildiririb ki, burada dələduzlara münbit şərait yaranmış olur:
"Onlar şəbəkə məlumatlarını olduğu kimi kopyalayaraq ikinci oxşar şəbəkə yaradırlar. Bununla əsl şəbəkəyə "restart" ataraq bütün müştəriləri öz şəbəkələrinə qoşulmağı təmin edirlər. Bu halda bütün yazışmalar, bank məlumatları hakerlər və dələduzların şəbəkələri tərəfindən data mübadiləsi olur. Nəticədə vətəndaşların məlumatları nüsxələnərək oğurlana bilər. Həmçinin, şəbəkəyə qoşulduqdan sonra başqa fəsadlar da ortaya çıxır. Yəni, elektron cihazlara müdaxilə halları arta bilər".