Qorxunc texnologiya deepfake: "Sevgi dəstəsi" 46 milyon dollar gəlir əldə edib

 Honq-Konqda deepfake texnologiyası ilə həyata keçirilən romantik fırıldaqlar kişilərin ümumilikdə 46 milyon dollardan çox vəsait itirməsinə səbəb olub. Polis dələduzluq etdiklərinə görə 27 nəfəri həbs edib. Fırıldaqçıların saxta profillərlə səmimi söhbətlər edərək qurbanlarının etibarını qazandıqları üzə çıxıb.

Sherg.az xəbər verir ki, Honq-Konq polisi "deepfak" texnologiyasından istifadə edərək kişiləri aldadan dəstəyə qarşı əməliyyat keçirib.

Bazar ertəsi keçirilən mətbuat konfransında 27 nəfərin dələduzluq ittihamı ilə həbs edildiyi açıqlanıb.

Həbs edilən fırıldaqçılar arasında 21-i kişi və 6-sı qadın olmaqla ümumilikdə 27 nəfərin yaşları 21-34 arasında dəyişir. Polis çoxlarının rəqəmsal media və texnologiya sahəsində təhsil aldığını və dəstələrlə işləməyi seçdiyini bildirib.

Məlum olub ki, fırıldaqçılar saxta qadın profili ilə zərərçəkmişlərə yaxınlaşıb, intim söhbətlər edib, gələcəklə bağlı planlar qurublar.

Əldə edilən məlumata görə, dələduzluğun hər bir mərhələsi həmin sahə üzrə ixtisaslaşmış qruplar tərəfindən həyata keçirilir və qurbanların emosional vəziyyətləri nəzərə alınır.

Deepfake süni intellekt və dərin öyrənmə üsullarından istifadə edərək real saxta şəkillər və səslər yaratmağa imkan verir. Bu texnologiya fırıldaqçılıq, dezinformasiya və məxfiliyin pozulması kimi zərərli məqsədlər üçün istifadə olunur.


Əvvəlki aylarda Honq Konqda deepfake texnologiyası ilə həyata keçirilən daha bir fırıldaq hadisəsi baş vermişdi. 


Çoxmillətli bir mühəndislik şirkətinin əməkdaşı Londondakı menecerindən aldığı “gizli əməliyyat” təlimatını ehtiva edən mesajı yoxlamaq üçün videokonfrans zamanı deepfake istifadə edildiyini anlamadan 25,6 milyon dollarlıq transfer əməliyyatı həyata keçirib. Həqiqət şirkətin baş ofisi ilə əlaqə saxlandıqdan sonra üzə çıxıb.
Honq-Konq polisi bu cür fırıldaqların qarşısını almaq üçün ictimai məlumatlandırma işlərini sürətləndirəcəklərini açıqlayıb.