SOCAR "Chevron" ilə dekarbonizasiya məsələlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin "Chevron" şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes arasında keçirilən görüş zamanı baş tutub.

Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.