Türkiyə XİN və MİT rəhbərləri Neçirvan Bərzani ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
Xatırladaq ki, daha əvvəl N. Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.