Ərdoğanla Bərzaninin görüşünün təfərrüatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzanini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib. Nümayəndə heyətləri arasında təxminən bir saat davam edən görüşdə Bərzani Ərdoğanla Türkiyə, İraq və Kürdüstan Regional Hökuməti arasında əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Tərəflər bölgədəki son hadisələri və hər iki tərəfi maraqlandıran müxtəlif məsələləri gündəmə gətiriblər.

Görüş prezident iqamətgahında baş tutub.