Ukraynaya 425 milyon dəyərində silah paketi ayrıldı

ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumi dəyəri 425 milyon dollar olan yeni silah paketi ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin ABŞ lideri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra yaydığı bəyanatında bildirilir.

“Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü sursatlar, zirehli texnikalar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan hərbi sursatlar daxildir”, - məlumatda qeyd olunub.