
Ukraynaya verilən 350 milyard dollar hara xərcləndi? - ŞƏRH
Yusif Nəzərli
05:09 22.02.2025
Gündəm
447
Bu tələb Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-nin nəzarətinə keçməsi təhlükəsini yaradır
Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasında əsas hədəflərdən biri də budur
ABŞ-Rusiya danışıqlarından sonra Tramp Zelenski ilə bağlı Putinin tezisini gündəmə gətirdi. Bildirdi ki, “Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlarda yer almaq istəyirsə, seçki keçirilməlidir, Zelenskinin ölkədə reytinqi isə cəmi 4 faizdir”. Qeyd edək ki, Ukraynada ötən ilin martında keçirilməli olan prezident seçkiləri müharibə şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan sonra Putin “Zelenski ilə danışa biləcəyini, lakin onun legitimliyinin sual altında olduğu” iddiasını irəli sürdü. Trampın son açıqlaması da Putinin legitimlik tezisinin təkrarıdır. Və bununla Zelenskiyə “şərtləri qəbul etməsə, hakimiyyəti dəyişə bilərik” mesajını verir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Vaşinqtonun Kiyevdən birinci tələbi Rusiya ilə atəşkəs razılaşmasını ABŞ-nin müəyyən etdiyi şərtlər çərçivəsində qəbul etməsidir. Ekspertin sözlərinə görə, ikinci tələbi müəyyən qədər arxa planda qalsa da, Ukraynanın gələcəyi baxımından atəşkəs razılaşması qədər strateji əhəmiyyət daşıyır. Bu, ABŞ-nin Ukraynanın təbii sərvətlərinə dair təklif etdiyi sazişdir:

"Zelenskinin Münhendə bu sazişə imza atmaması Vaşinqtonda narazılıq yaradıb. Fevralın 14-də vitse-prezident Vensin Münhendə Zelenski ilə planlaşdırılan görüşünün təxminən 7 saat təxirə düşməsinin səbəbi də bu saziş olub. Ukrayna mediasının bu haqda yazdıqları xüsusilə diqqət çəkir. Sazişi Ukraynaya göndərən amerikalıların “Münhendə imzalamaq istəyirik” sözləri Kiyevdə “mümkün qədər tez imzalanmaq” kimi anlaşılıb, lakin düşünməyiblər ki, üzərində işlənməmiş sənədin təcili imzalanması tələbi ilə üzləşəcəklər. Münhendə Ukraynanın qarşısına şərt qoyulub: Venslə görüşmək və sülh danışıqlarının konturlarını müzakirə etmək istəyirsinizsə, sazişi imzalayın. Buna görə Vens-Zelenski görüşü axşama qədər təxirə salınıb və Ukraynaya razılaşması üçün 7 saat müddət verilib. Ukrayna kompromisin tapılması məqsədilə sazişin yenidən işlənmiş variantını amerikalılara versə də, ikincilər bütün düzəlişləri ləğv edərək, “ya verdiyimizə imza atın, ya da heç nə” şərtini irəli sürüblər. Zelenski bundan imtina edib, daha sonra Venslə görüş baş tutub və tərəflər layihəni razılaşdırmaq üzərində razılıq əldə ediblər".
Analitikə görə, sazişin detalları ilə bağlı yayılan məlumatlar ABŞ-nin Ukrayna üçün xoşagəlməz “sürpriz” hazırladığı fikrini yaradır:
"Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülür. Sazişdə ABŞ-nin qiymətli metallarla yanaşı, Ukraynanın neft-qaz hasilatına da şərik olmaq istədiyi əksini tapır. Əvəzində ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi müəmmalıdır: Vaşinqton “Amerika investisiyasının Ukraynada olması ən böyük təhlükəsizlik zəmanətidir” tezisindən çıxış edir. Burada Trampın dilə gətirdiyi iki təhlükəli məqam da var. Ukrayna sərvətlərindən 500 milyard dollar gəlirin əldə edilməsinə dair iddia və ABŞ-nin Ukraynaya verdiyi yardımların geri qaytarılmasıdır. Həmçinin, ABŞ prezidenti son açıqlamasında “350 milyard dolların hara xərcləndiyi” məsələsini gündəmə gətirib. Bu tələb Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-nin nəzarətinə keçməsi təhlükəsini yaradır. Vaşinqton təbii sərvətlərdən əldə olunan gəlirin təklif olunan sazişdə qeyd olunduğu kimi, Ukraynaya çatmalı olan 50 faizini verilən yardımların kompensasiyası olaraq ala, o cümlədən, “500 milyard dollar gəlir” naminə bütün sərvətlərin istismarına çalışa bilər. Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasında əsas hədəflərdən biri də budur. Bu, Ukrayna üçün “Rusiya ərazisini, ABŞ sərvətlərini ələ keçirmək istəyir” riskini artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm