
Gürcüstan təhlükəli zolağa daxil olur: Vaşinqtonun daha sərt blokada addımları mümkündür
12:16 11.09.2025
Cənubi Qafqaz
567
Zəlimxan Məmmədli: ABŞ-nin Tbilisiyə sanksiya addımları Cənubi Qafqaz üçün arzuolunan deyil
Azərbaycan üçün Gürcüstanın sabitliyi milli və strateji maraqlara uyğundur
"Gürcü xalqına, dövlətimizə və milli maraqlarımıza qarşı yönəlmiş düşmənçilik aktı – “Megobari aktı”nın yekun nəticədə qəbulu baş tutmadı”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən başlamağa hazırdır.
“Bizim məqsədimiz ABŞ ilə münasibətləri, strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməkdən ibarətdir. Biz buna ümid edirik. Digər məsələlər ABŞ-nin yeni administrasiyasından asılıdır”, - Baş nazir söyləyib.
Qeyd edək ki, ötən gün ABŞ-nin Helsinki Komissiyasında Gürcüstanla bağlı keçirilən dinləmələrdə konqresmen Stiv Koen təəssüflə bildirib ki, Senat “Meqobari aktı”nı qəbul etməyib və etməyəcək. O, bunu bəzi problemlərlə əlaqələndirib.
Xatırladaq ki, Gürcüstan hakimiyyətinin əleyhinə olan “Megobari Act” (Dostluq aktı) adlı qanun layihəsi ABŞ Senatına bu ilin mayın 7-də təqdim olunub. Sənəddə Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulurdu.
"Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a deyib ki, “Megobari Aktı” ABŞ tərəfindən Gürcüstandakı vəziyyətin təhlili və bu ölkə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bir sənəddir:

"Lakin sənəd müəyyən mərhələlərdə müzakirə olunsa da, Senatda qəbul edilmədi. Bu isə həmin orqanın səsvermə hüququndan irəli gələn bir məsələdir. Amma burada Gürcüstanın reaksiyası da müxtəlifdir. Müxalifət bu sənədi dəstəklədi, hökumət isə onu düşmənçilik aktı kimi qiymətləndirdi. Halbuki Gürcüstan Avropa İttifaqı (Aİ) istiqamətində yol aldığı bir mərhələdə Qərb, xüsusən də ABŞ və Aİ ilə münasibətləri zədələyəcək addımlar atdı. Bu məsələ ilə bağlı kifayət qədər müzakirələr aparılıb. Qafqaz regionunda yerləşən dövlətlərin vahid bir platforma üzərində dayanaraq dünyanın sivil qütblərinə inteqrasiya, əməkdaşlıq qurması, yeni texnologiyalar və idarəetmə sistemlərini öyrənib tətbiq etməsi olduqca önəmlidir. Bu baxımdan Türkiyənin istiqamət götürdüyü yol və can atdığı hədəflər həm də region üçün strateji əhəmiyyət daşıyır. Amma Gürcüstan bu xətti davam etdirməkdən imtina edir və nəticə etibarilə təhlükəli bir zolağa daxil olur. Rusiya xoşməramlı bir dövlət deyil. O, Gürcüstanın ərazilərinin bir hissəsini işğal edib və istənilən halda bu ölkəni cəzalandırmaq, təsir etmək imkanlarına sahibdir. Gürcü xalqı müqavimət göstərir və onları dəstəkləyən müəyyən dairələr də var.
Azərbaycanla ABŞ arasında da zaman-zaman münasibətlərdə soyuqluq müşahidə olunsa da, biz əməkdaşlığa can atmışıq. Gürcüstanda isə bu cür təşəbbüslər demək olar ki, yoxdur. ABŞ artıq Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli ilə bağlı mühüm sənədlər qəbul edib, sülh sazişinin imzalanması istiqamətində ciddi səylər göstərir. İran və Rusiya bu prosesə qarşı çıxsalar da, ABŞ bölgədə separatizmin kökünü kəsmək niyyətini ortaya qoyub".
Müsahib əlavə edib ki, Kobaxidzenin mövqeyini ayrıca şərh etmək fikri yoxdur:
"Gürcü xalqı fəaldır, cəmiyyət daxilində ciddi mübarizə və qarşıdurma var. Bu proseslər Gürcüstanı daha da qütbləşdirib. Təssüf ki, bunu aradan qaldıracaq təşəbbüslər ortaya qoyulmayıb. Halbuki dərin siyasi qütbləşmə istənilən an ciddi toqquşmalara gətirib çıxara bilər. Azərbaycan üçün Gürcüstanın sabit, demokratik dəyərlərə uyğun şəkildə inkişaf etməsi milli və strateji maraqlara tam uyğundur. Vaşinqtonun sanksiyalar tətbiqi və daha sərt blokada addımları mümkündür. Bu da region, xüsusilə Qafqaz üçün arzuolunan nəticələr vəd etmir. Digər tərəfdə isə Rusiya dayanır. Onun revanş imkanlarının artması, Gürcüstanı uzun illərdir işğalda saxlayan Moskva üçün əlavə fürsətlər yarada bilər. Azərbaycan dövləti və xalqı isə Gürcüstanda yaranan böhranlı vəziyyətin sülh yolu ilə, dialoq əsasında aradan qaldırılmasını və ölkədə sabitliyin bərqərar olmasını arzulayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz