Xalq artisti: Əsas məqsədimiz “Koroğlu” operası kimi əsərləri dünyada tanıtmaqdır
Yusif Nəzərli
07:18 18.09.2025
Mədəniyyət
515
"Hazırda mən “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrda bu möhtəşəm opera təqdim olunacaq”.
APA xəbər verir ki, bunu Milli Musiqi Günündə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.
O qeyd edib ki, Cüzeppe Verdi və digər dünya şöhrətli İtaliya bəstəkarlarının musiqilərinin ruhunu “Koroğlu” operasında hiss etmək mümkündür: “Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünya musiqi xəzinəsinin bir parçasına çevrilib”.
Xalq artisti bildirib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən biri də bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaqdır.
“Belə dəyərli operaların beynəlxalq tamaşaçılara təqdim olunması çox vacibdir. Mədəniyyət Nazirliyi və dövlətimiz bu layihəyə dəstək verir. Bizim əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır", - deyə Yusif Eyvazov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm