TDT-də Zəngəzur dəhlizi müzakirə olundu
14:53 31.10.2025
Siyasət
401
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib.
Axar.az xəbər verir ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.
Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti, infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrinin qovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.
İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, bu qrupun iclaslarının daha müntəzəm keçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmiş şəkildə icrasını təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya