Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq

“Məktəblərdən başlayaraq süni intellekt sahəsində mütəxəssislərin hazırlanmasını gücləndirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı hökumətə Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbinin açılmasını nəzərdən keçirməyi tapşırıb.

“Süni İntellekt Universiteti sentyabr ayında açılacaq. Amma düşünürəm, bu, kifayət deyil. Hökumət Çinin uğurlarını və yeni texnologiyaların mənimsənilməsindəki təcrübəsini nəzərə alaraq Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbinin açılmasını nəzərdən keçirməlidir”, - Kasım-Jomart Tokayev bildirib.