Qırxayaq kabusu!

 
Xəstəxanaya qaçdı, müalicə aldı,  evə dönərkən həşərat yenə üzərindən çıxdı


 Türkiyənin Manisa şəhərinin Alaşehir qəsəbəsində 74 yaşlı Mehmet Erbaşın başına qəribə hadisə gəlib. Mehmet Erbaş keçən çərşənbə günü evinin qarşısında oturduğu zaman təxminən 15 santimetr uzunluğunda qırxayaq əlini sancıb.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, zəhərini Erbaşın əlinin üzərinə tökən qırxayaq sonra gözdən itib. Ağrılar içində qıvrılan Erbaş, Alaşehirdəki  xəstəxanaya müraciət edib. Müşahidə altına alınan Erbaş, səhər xəstəxanadan buraxılacaqdı ki, daha bir maraqlı hadisə ilə qarşılaşıb. Demə, əlini sancan qırxayaq gecəni onunla keçirib, heç həkimlər də fərq etməyib. Kişi yataqdan qalxdığı sırada qızı Zeynəb Erbaş, atasının qarın boşluğunda, köynəyinin düymələrinin arasında qırxayağı fərq edir. Erbaş dərhal qırxayağı yerə salıb, ayağı ilə tapdalayıb onu öldürür. Vəziyyət xəstəxana personalına bildirilib. Müayinə zamanı qırxayağın təkrar kişini sancmadığı müəyyən olunandan sonra Erbaş xəstəxanadan evinə buraxılır. Mehmet Erbaş başına gələnləri belə nəql edir:




 "İlk dəfə belə bir hadisə yaşadım. Vətəndaşlarımıza xüsusilə yay aylarında bu cür təhlükələrə qarşı ayıq olmalarını tövsiyə edirəm". Baytar həkim Ümid Sönməz isə qırxayaq, əqrəb və ya arı kimi böcək sancmalarının yaratdığı təhlükəyə toxunaraq, "Yay aylarında çoxalırlar. Sancan zaman xəstə dərhal müalicə olunmalıdır, əks halda insanı öldürə bilər" deyə bildirib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu