Son xəbərlər: İstanbulda qadağalar nə vaxt bitəcək?


Son dəqiqə xəbərinə görə, Türkiyənin Koronavirus Elm Şurası, əvvəlki gün keçirilən həftəlik qiymətləndirmə iclasında qəbul edilən qərarları və nəticələri müzakirə edib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, İdarə Heyəti insanların sıxlıq təşkil etdiyi bölgələri yüksək risk kimi qiymətləndirib.

Ən çox xəstə sayı olan şəhərlər, xüsusilə İstanbul normallaşmada son sıradadır. İstanbul üçün normallaşma tarixi iyunun ortalarından sonra olacağı gözlənilir.

Görüş zamanı virusun bir şəhərlərdən digər şəhərlərə yayılmasının səyahət məhdudiyyəti ilə qarşısı alındığı bildirilib.

İclasda məhdudiyyətlərin tətbiq olunduğu 15 şəhərdəki xəstələrin sayı da müzakirə edilib. Bu rəqəmlərə uyğun olaraq, yaxın günlərdə səyahət məhdudiyyətlərinin bir hissəsinin qaldırılması nəzərdə tutulur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu