Lavrova SƏRT SUAL: “Azərbaycanda rusdilli məktəblərin çox olması yaxşıdırsa…”
Fidan Həmişəyeva
15:16 08.09.2020
Gündəm
2876
“…Niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır?”
“Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”
“Ölkəmizdə rusdilli məktəblərin sayının artırıəlması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir”
Ölkəmizdə rus dilinə maraq hər zaman fikir ayrılığına səbəb olub. Cəmiyyətimizdə rus dili sevdasını bu dildə təhsil alanların fərqli və geniş dünyagörüşə sahiblənməsi ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, bəzi valideynlər özləri rus dilində bilməsələr də, övladlarını bu dildə təhsilə cəlb edirlər. Bir növ övladlarının daha savadlı və universal olacaqlarını düşünürlər.
Rus bölməsinə olan maraq cəmiyyətimizi çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Həmin təhlükə ilə müxtəlif zamanlarda qarşılaşmışıq. Bu dilin və mədəniyyətin ölkəmizdə şişirdilmiş dərəcədə təbliği “sağlam” deyil.
Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib ki, Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndirir. O, əlavə edib ki, Azərbaycanda rus dilinə münasibət və rusdilli məktəblərin çox olması yaxşı haldır.
Təbii ki, xarici dili öyrənmək faydalıdır. Amma ölkəmizdə rus dili sadəcə xarici dil kimi öyrənilmir. Bəziləri az qala bu dili öz ana dili kimi istifadə etməyə çalışır. Məsələ burasındadır ki, adətən bu dili bilməyənlərin iş tapması qeyri-mümkündür. Bəs rus dili və mədəniyyətinin ifrat dərəcədə təbliği bizə nə verir? Rusiya mədəniyyəti və dili bu qədər lazımlıdırsa, tonlarla silah göndərdiyi Ermənistanda rusdilli məktəblər niyə azdır?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, Azərbaycanda rusdilli məktəblərin çox olması dilimizə qarşı böyük hörmətsizlikdir:
“Lavrova sual vermək lazımdır ki, “Azərbaycanda rusdilli məktəblərin çox olması bu qədər yaxşı idisə, niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır? Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”. Deməli, onları rus dilinin taleyi, rus dili və mədəniyyəti maraqlandırmır.
Ruslar Azərbaycanın başının altına yastıq qoyub və başını sığallayıb Ermənistana silah satır, onları gücləndirir və ciddi cəhdlərlə müdafiə edir. Ona görə də Lavrovun Azərbaycana saxta kompliment və xoşagələn sözlər deməyi ətimi ürpəşdirir. Belə şeyi qəbul edə bilmirəm!”.
Azərbaycanın müstəqil dövlət olduğunu deyən millət vəkili bildirib ki, ölkəmizdə yaşayan ruslar istəsələr, rus dilində təhsil ala bilərlər. Heç kim onlara bunu qadağan etmir:
“Lakin Azərbaycanın dövlət dili Azərbaycan türkçəsidir. Azərbaycan türkçəsinin hesabına ana dilində məktəblərimizin sayını azaldaraq, rusdilli məktəblərin sayını artırmağı dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanət hesab edirəm!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya