Rusiyaya qarşı növbəti qərarlar... - Plan “Ağ Ev”də cızılıb

 “Ağ Ev administrasiyasının Vaşinqtondakı beyin mərkəzlərinin hazırladığı xüsusi plan əsasında Rusiyaya qarşı addımlar atdığı hiss olunur”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 
O “Sherg.az” a açıqlamasında iki supergüc arasında münasibətlərin gərgin qalmasını təmin edən faktorları sadaladı: 

“Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qara dənizə iki hərbi gəmisini göndərəcəyini açıqladı. 

Rusiya buna cavab olaraq Qara dənizdə hərbi gəmilərinin sayını artırdı. Bundan sonda ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi.

Eyni gündə ABŞ-ın iki hərbi gəmisi Qara dənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi.

Kreml  hazırkı dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra ABŞ Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən 10 Rusiya diplomatı ABŞ-dan qovulur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu