Cənazə planları gündəmdədir: Britaniya kralla vidalaşmağa hazırlaşır

 Böyük Britaniya kralı III Çarlzın səhhəti getdikcə ağırlaşır. Məlumdur ki, 75 yaşlı kral xərçəng xəstəsidir. Və hər keçən gün vəziyyəti pisləşir. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Böyük Britaniyada kralın vəfatına hazırlıqlar gündəmdədir. Ümumiyyətlə, Britaniyada kral və kraliçaların vəfatı ilə bağlı xüsusi plan illərdir ki qüvvədədir. Kod adı  “Menai (London) Köprüsü Əməliyyatı” adlanan plan taxt-tac sahibinin ölümü zamanı hansı tədbirlərin necə keçiriləcəyini özündə ehtiva edir. Kralın hazırkı sağlıq durumu ailə üzvlərini narahat edir. “Daily Beast”tin xəbərinə görə, yaxın ətrafı kralın səhhətinin yaxşı olmadığını söyləyib. Kralın bir dostu da “o, xəstəliklə mübarizə aparmaqda qərarlıdır. Amma kral həqiqətən də ağır xəstədir”, deyib. Hər bir vəziyyətə hazır olmağı vacib bilən Vindzor sarayı da dəfn hazırlıqlarını gündəmdə saxlayır. Hətta saray 2022-ci ildə kraliça Yelizavetanın dəfn mırasimi zamanı buraxılan səhvləri də nəzərdən keçirir. Krallığın yazarı Tina Broun isə “şahzadə Uilyamla şahzadə Ket Middlton övladlarına gözdən uzaq, sakit bir şəraitdə valideynlik etmək fürsəti tapdıqları bir zamanda taxta çıxmalı olacaqlar”, yazıb. Ənənəyə görə, ata kralın ölümündən sonra ailənin böyük oğlu şahzadə Uilyam tac geyinərək B.Britaniya kralı elan ediləcək. Xüsusi plana əsasən kral Çarlzın  ölümü ailəsi, baş nazir, kabinet katibləri, hökumət nazirləri və Kralın şəxsi ofisi tərəfindən elan ediləcək və xalqa rəsmi şəkildə açıqlanacaq. Krallığın internet səhifəsi isə qara rəngdə olacaq. Kralın cənazəsi Bekinqhem sarayında taxt-tac olan otaqda  qoyulacaq. Cənazə ziyarətindən sonra kral Çarlz Vindsor Qalasındakı krallıq məzarlığında dəfn ediləcək.