İlham Əliyev 7 fərman imzalayıb

Prezident İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sherg.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” (bundan sonra – Qan Bankı) publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir;

2.2. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması;

3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.4. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda) və 14-2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.3. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. beş ay müddətində:

2.1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-2.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.1.2. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.2.1. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi qaydasını;

2.1.2.2. həmin Qanunun 14-cü maddəsinin altıncı hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını;

2.1.2.3. həmin Qanunun 14-1.3-cü maddəsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını;

2.2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “20-1.3-cü maddəsində” sözləri “14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 14-2.4-cü, 20-1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

4.2. 2.1-1-ci bəndə “abzasında,” sözündən sonra “14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:

“2.1-2. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.4. 2.2-ci bənddə “, 13-1.3-cü maddəsində və 14-cü maddəsinin üçüncü hissəsində” sözləri “və 13-1.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;

4.5. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:

“2.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 63 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert” sözləri “ekspertizası” sözü ilə əvəz edilsin.

2. 8-ci hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndində “reyestrinə daxil edilməsi” sözləri “reyestrində qeydiyyatdan keçirilməsi” sözləri ilə əvəz edilsin.

3. 14-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “qeydiyyat vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “maddəsində” sözündən sonra “, 14-1.2-ci maddəsinin üçüncü cümləsində” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddə birinci halda “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə edilsin:

“2.2-2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151,157) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə “395.1-1,” rəqəmlərindən sonra “405-1.2,” rəqəmləri əlavə edilsin;

3.2. 4.24-cü, 4.31-ci, 4.34-1-ci, 4.36-cı, 4.41-ci, 4.43-1-ci, 4.45-ci, 5.6-2-ci, 5.18-ci, 5.18-1-ci, 5.19-cu, 5.21-ci, 5.22-ci, 5.41-ci, 5.44-cü, 5.45-ci və 5.51-ci bəndlərdən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 4.31-1-ci bənd əlavə edilsin:

“4.31-1. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

3.4. 4.48-1-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti,” sözləri çıxarılsın;

3.5. 5.46-cı bəndə “Məcəllənin” sözündən sonra “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın.

4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I) 2.6-cı bəndindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. birinci abzasdan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

5.2. 6.0-cı bəndə “430.1” rəqəmlərindən əvvəl “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.1. Xidmətin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumu Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.”.

***

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda) və 11.1.6.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin 11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Qanunun 11.1.1.2-ci və 11.1.2.7-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi ‒ Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir;

1.4. həmin Qanunun 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini isə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirirlər;

1.5. həmin Qanunun 11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.6. həmin Qanunun 11.1.3.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

1.7. həmin Qanunun 11.1.5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) həyata keçirirlər;

1.8. həmin Qanunun 11.1.5.11-ci (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) və 11.1.7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.9. həmin Qanunun 11.1.6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.10. həmin Qanunun 11.1.6.5-ci və 11.1.7.3-cü maddələrində nəzərdə tutulmuş:

1.10.1 müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;

1.10.2. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;

1.11. həmin Qanunun 11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;

1.12. həmin Qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş:

1.12.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.12.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar həyata keçirirlər;

1.12.3. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;

1.12.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;

1.13. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:

1.13.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;

1.13.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 may tarixli 74 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bənddə “11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda), 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin;

3.2. 3.2-ci bənddə “11.4-cü maddəsinin ikinci hissəsində” sözləri “11.3-cü maddəsində” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü” sözləri “11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci” sözləri ilə əvəz edilsin;

3.3. 3.5-ci bənddə “11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.2-ci (müavinə və bölmə rəhbərlərinə münasibətdə) və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü” sözləri ilə əvəz edilsin;

3.4. 3.9.2-ci yarımbənddə və 3.22-2-ci bənddə “avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri” sözləri “olan orqanlar” sözləri ilə əvəz edilsin;

3.5. 3.10-cu bənddə “11.1.1.1-ci və 11.1.2.1-ci” sözləri “11.1.1.2-ci və 11.1.2.7-ci” sözləri ilə əvəz edilsin;

3.6. 3.11-ci bənd ləğv edilsin;

3.7. 3.12-ci bənddə “11.1.3.7-ci” sözləri “11.1.3.14-cü” sözləri ilə əvəz edilsin;

3.8. 3.12-1-ci bənddə “11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin;

3.9. 3.13-cü bənddə “11.1.5.4-cü” sözləri “11.1.5.11-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “və 11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının” sözləri çıxarılsın;

3.10. 3.14-cü bənddə “11.1.6.2-ci” sözləri “11.1.6.3-cü” sözləri ilə əvəz edilsin;

3.11. 3.15-ci bəndin birinci abzasında “11.1.6.4-cü” sözləri “11.1.6.5-ci” sözləri ilə əvəz edilsin;

3.12. 3.18-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.18. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:

3.18.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;

3.18.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”;

3.13. 3.22-4-cü bəndə “Qanunun” sözündən sonra “11.1.5.7-ci maddəsində,” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 595 (Cild I) ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”na aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:

5.2-1.yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu.