Azərbaycanda qatar aşdı - Yenilənib/Foto

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.
Sherg.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.

Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən rəsmi məlumat verilməyib.

***
16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində Biləcəri stansiyasına doğru hərəkət edən Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.

Telegram Widget
Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.