Mbappe  rəsmən "Real Madrid"də

"Bu gün mən xoşbəxt bir uşağam" 

PSJ-dən ayrılan Kilian Mbappe İspaniya nəhəngi "Real Madrid"lə müqavilə imzalayıb.

Sherg.az xəbər verir ki, 5 illik müqavilə imzalayan fransız ulduz 9 nömrəli formanı geyinəcək.

25 yaşlı ulduz futbolçu transferlərdən sonra 80 mindən çox azarkeşin qarşısına çıxıb.

İmzalanma mərasimində çıxış edən Mbappe, "Bütün zamanların ən böyük klubunda oynamaq şərəfdir. Bu gün mən xoşbəxt bir uşağam" deyə bildirib.

Sonuncu dəfə PSJ-də çıxış edən Kilian Mbappe 308 rəsmi matçda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.