Bu ilin ilk yarısında Bakıda 24 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb.
APA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, onların 88,6 faizinin açılması təmin edilib.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.