Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Yunanıstan səlahiyyətli orqanları bəzi müəssisələrə işçilərinin bu həftə gündüz saatlarında açıq havada ağır iş görməsinə icazə verməməyi əmr edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Belə ki, çərşənbə axşamından cümə gününə qədər inşaatçılar, kuryerlər, eləcə də digər açıq havada çalışanlar axşam saat 5-ə qədər işlərini dayandırmalı olacaq.

Bildirilib ki, Yunanıstanın bəzi bölgələrində temperaturun 42-43 dərəcəyə çatacağı gözlənilir.