Həbsxanadan qaçış: Planı baş tutmadı

Gizli tuneldən başını çıxaran şəxsi polis tutdu
 
 Venesuelanın Maracaibo həbsxanasında 20 məhbusun qaçış planı baş tutmayıb. Bir neçə məhbus həbsxanada yaranmş gərgin vəziyyətdən istifadə  edərək gizli tunel qazmağa başlayıblar.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, günlərlə çalışan məhbuslar bir neçə metr uzunluğunda tunel qazmağı bacarıb. Amma nəzarətçilər məhbusların hərəkətindən şübhələnərək onları müşahidə altında saxlayaraq hərəkətlərini izləyiblər. Və tunelin çıxışında məhbusları gözləməyə başlayıblar. İlk məhbus başını tuneldən çıxarar-çıxarmaz polis tərəfindən yaxalanıb. Polisin tuneldən çıxan məhbusları tək-tək yaxalaması kamera görüntülərinə yansıyıb və sosial şəbəkədə də yayılıb. Görüntülər dünya mediasında böyük əks-səda doğurub. Məlum olub ki, məhbuslar həbsxanada yaranmış  qarmaqarışıqlıqdan məharətlə yararlanıblar. Lakin Venesuela polisi onlardan da tədbirli çıxıb. Tunelin çıxışını təxmin edərək məhbusları orada gözləməyə başlayıb. Nəticədə 3 məhbus yaxalanıb. Digərləri isə geri – kameralara qayıdıb. Həbsxanadakı üsyanla bağlı məlumat verən bələdiyyə başqanı “heç kim ciddi şəkildə yaralanmayıb. Polislər vəziyyəti nəzarət altına alıb”, söyləyib. Həbsxana rəisi isə həbsxanadan qaçmaq cəhdinin uğursuz olduğunu və yaxın günlərdə təhlükəsizlik tədbirlərinin daha da artırılacağını qeyd edib.