Xankəndiyə qayıdacağımız tarix açıqlandı: “Quruculuq işləri görəcək, otellər tikəcəyik”

Dünən Şuşada prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq olub. Dövlət başçımız əli ilə Xankəndini göstərib və Ərdoğanın “Otel ordadır?” sualına əminliklə “Orda da olacaq” deyib.  Əlbəttə, bu, həm də siyasi mesajdır.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxamlı siyasi ismarıc barədə “Sherg.az”a danışdı:

“Dünya bilir ki, Qarabağın digər hissələri kimi Xankəndi də Azərbaycan torpağıdır. Otuz ildir orada ermənilər yaşayırlar. İndi sülhməramlıların fəaliyyəti vəziyyəti bir az da gəginləşdirir. Amma onların xidmət dövrü bitəndən sonra biz Xankəndiyə qayıdacağıq. Torpaqlarımızı kimsəyə verməmişik! Odur ki, dövlət başçısının dediyi kimi, hazırda ermənilərin yaşadığı digər torpaqlarımızda, o cümlədən Xankəndi də nə vaxtsa mütləq quruculuq işləri görəcək, otellər tikəcəyik. Eyni ilə Şuşada olduğu kimi”.