"Azərbaycan ordudan istifadə ilə bağlı qərarını qətiləşdirdi. Prezident ordu məsələsində real addım ata bilər".
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Sherg.az"a açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı rəhbəri Şarl Mişelin səfəri bizim üçün hərbi əməliyyatlarla bağlı imkanları nəzərdən keçirməyə lazım idi:
"Mişelin səfəri göstərir ki, Azərbaycan öz göbəyini özü kəsməlidir. Və səhəri Müdafiə naziri yüskək səviyyədə görüş keçirərək "Müharibəyə hər an hazırıq" anonsunu verdi. Hər şey "ehtimal olunan təxribatlara" cavab olaraq başlayacaq. Və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ermənistan ordusu hadisələrin inkişafının istənilən ssenarisinə hazırdır.
Bu arada, Prezident Rusiyaya səfər edəcək".